Autizm Portalı 2018-ci ildə bp və tərəfdaşlarının Birgə və Sağlam İctimai Birliyi ilə birlikdə həyata keçirdiyi “Autizmli şəxslərə fürsətlər yaratmaq” adlı sosial layihə çərçivəsində hazırlanmışdır. Portalın yaradılmasındakı əsas məqsəd autizm sahəsində bır sıra məlumatlara əlçatımlılığı asanlaşdırmaqdan ibarət olmuşdur.
100-dən artıq təlim proqramları və müvafiq videolarla istifadəçilərin autizm sahəsində daha dəqiq və dolğun məlumatlar almasına imkan tanınmışdır.
2023-cü ildə Azercell şirkətinin dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçirilən “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsi çərçivəsində portalın məzmunu və texniki parametrləri təkmilləşdirilmişdir.