Cinsi inkişaf – insanın necə inkişaf etdiyi, zaman içərisində necə böyüdüyü ,öz bədənini necə gördüyü və qarvadığını, kişi və qadının necə çoxaldığını , digər insanlarla necə ünsiyyətə girdiyini, bəyəndiyini ,sevgisini isbat etdiyini göstərən qavramlardan biridir.
Cinsiyyət təlimi anatomiya, sağlamlıq, şəxsi gigiyena, qorunma üsulları ,inanc və sevginin ifadə edilməsi kimi bir çox birləşəndən ibarətdir. Cinsiyyət təliminin məqsədi şəxslərin sağlam bir cinsi yaşama sahib olmaları üçün təməl bilgilərə sahib olmalarını təmin etməkdir.
Autizmli şəxslərin cinsi inkişafları xüsusiylə yeniyetməlik dönəmində bir problem davranış prtaya çıxmadığı müddətdə əsasən gözardı edilir. Uzun illər inkişaf geriliyi olan şəxslərin intim məsələləri problemli olaraq görülmüş ,ya da şəxslərin tamamilə aseksual olduqları düşünülmüşdür.
Amerika Psixiatrik Asossasiyası, əqli geriliyi olmayan autizmli yetişkinlərin yalnız və ya partnyorlu cinsi münasibətlərinin olduğunu bildirmişdir.
Araşdırmalar göstərib ki, əlilliyi olan uşaqlar və gənclər əlil olmayan həmyaşıdlarına nisbətən daha az cinsi təhsil alırlar. Böyük Britaniyada autizm spektri pozğunluğu olan gənclər üzərində aparılan bir araşdırmada iştirakçılar, təlimatın onların öyrənmə ehtiyaclarına uyğunlaşdırılmadığı üçün təhlükəsiz və məmnunedici cinsi həyat sürmək üçün lazım olan bacarıqlarla təmin edilmədiklərini bildirdilər (Hannah and Stagg 2016). Bu misaldan da anlaşıldığı kimi, hər bir uşağın səviyyəsi və ehtiyacları fərqli olduğundan, fərdi düşünmə və fərdi təhsil işlərinin proqramlaşdırılması günümüzün zərurətinə çevrilmişdir. Bu nöqtədə ehtiyac təkcə autizmdə deyil, həm də DEHB, Hiperaktivlik, Disleksiya və Daun sindromunda daha aydın görünə bilər. Bir çox nəşrlər cinsəllik təhsili üçün mümkün maneələrə işıq saldı, lakin bir çoxları böyüklərin yaşadığı maneələr kimi digər əhali və digər məsələlərə diqqət yetirdi (Caspar and Glidden 2001; Brown and McCann). Bu mənada uşaqları və onların erkən yaşda qarşılaşa biləcəkləri problemləri müəyyən edib, onları erkən yaşda həll etməyə çalışmaq daha rasional və qalıcı bir həll yolu təqdim edə bilər.
Bundan əlavə, əlilliyi olan uşaqlar və gənclər cinsi sağlamlıq problemlərinə xüsusilə həssas ola bilərlər. Əlilliklərinə görə cinsi yolla ötürülən infeksiyalara yoluxma, planlaşdırılmamış hamiləlik yaşama və cinsi zorakılığa məruz qalma riski arta bilər (Lane, Cambridge, and Murphy 2019; Lehan Mackin et al. 2016; Sevlever, Roth, and Gillis 2013) ; Abells, Kirkham və Ornstein 2019; 2016; Travers və Tincani 2010; Simpson, Andrews və Isaac 2010). Cinsi təhsil əlilliyi olan uşaqları və gəncləri gücləndirməklə və onların dəstək axtarmaq qabiliyyətini dəstəkləməklə bu riskləri azalda bilər (McDaniels and Fleming 2016).
Autizmli şəxslər nəyə görə cinsi təlim almalıdırlar?
1. Tipik inkiıaf göstərən yaşıdlarıyla eyni hormonlara və ehtiyaclara sahibdirlər.
2. Cinsi davranışların bir çoxu həm də sosial davranışlardır və bu da ASP’li şəxslər üçün çətinlik yaradır.
3. İnternet yanlış məlumatların yayılmasına səbəb olmaqla bərabər şəxslərin təhlükəsizliyini də təhdid edir.
4. ASP’li şəxslərin cinsi istismara məruz qalma riski yüksəkdir.
5. Sağlam cinsi həyata sahib olmaq hər bir insanın haqqıdır.