Aprılmış elmi araşdırmalar nəticəsində tədqiqatçılar bağırsaq bakteriyaları və autizm spektr pozutusu arasında ciddi bir əlaqənin olduğunu aşkarlayıblar. “Nature Neuroscience” jurnalında dərc olunan və ən yeni texnologiyaların tətbiq edildiyi bu tədqiqat 20 ildən artıqdır ki, tədqiqatçıları düşündürən bu məsələyə aydınlıq gətirib. Autizm idrak, davranış və ünsiyyət çətinliklərindən ibarət bir spektrdə baş verən kompleks neyroinkişaf pozuntusudur. Bağırsaq mikrobiomu həzm sistemimizdə yaşayan canlı mikroorqanizmlərin canlı kütləsidir ki, bunun insan sağlamlığına bir çox yöndən təsir etdiyi hesab edilirdi, autizm də bunlardan biridir. 1990-cı illərdə ortaya çıxan bir mülahizəyə görə antibiotik müalicəsindən sonra autizmli şəxslərin davranışlarında dəyişikliklər müşahidə olunurdu. Bu müşahidələr bağırsaq bakteriyaları ilə ASP simptomları arasında bir əlaqənin olduğuna işarə edirdi.
Autizmli şəxslərin bağırsaq mikrobiomunun tərkibində dəyişikliklərin olub-olmamasını aşkarlamaq məqsədilə aparılmış bəzi tədqiqatlar olsa da, əldə edilmiş elmi tapıntılar bunu tam təsdiqləmirdi. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün Simpson Fondu Autizm Tədqiqatlar Təşəbbüsü (The Simons Foundation Autism Research Initiative (SFARI) geniş miqayaslı tədqiqatlara başladı. Nəticədə ciddi təhlil və innovativ hesablama metodları vasitəsilə tədqiqatçılar bağırsaq mikrobiomunun tərkibindəkimüvəqqəti dəyişikliklər və müşahidə olunan ASD əlamətləri və simptomları arasında qəti əlaqəni müəyyən etdilər. Bu kəşf nəinki uzun müddətdir şübhəli olan bir faktı təsdiqləyir, həmçinin inqilabi müalicə üsullarının tətbiq olunmasına da imkan yaradır. Tədqiqat bağırsaq mikrobiomu, immungenləri, pəhriz və beyin siqnalı üçün həyati vacib olan nevroloji yollar arasında əlaqələrin olduğunu aşkarladı. Maraqlıdır ki, tədqiqatda autizmlə əlaqəli mikroblarla nəcis mikrobiota transplantasiyası (FMT) tədqiqatlarında aşkarlanmış mikroblar arasında uyğunluq tapılıb. Bu isə mikrobiota transferi vasitəsilə autizm simptomları və bağırsaq mikrobiotası üzərində müsbət təsirlərin əldə edilə biləcəyinə işarə edir. Bununla belə, qeyd etmək vacibdir ki, tədqiqat mikrobiom və autizm arasında statistik əlaqə tapsa da, səbəb-nəticə əlaqəsinin istiqaməti qeyri-müəyyən olaraq qalır. Pəhriz saxlamaq və bunu kimi faktorlar, həmçinin genetik variasiyalar autizmli şəxslərdə müşahidə olunan mikrobiom nizamsızlığına təsir göstərən faktorlar ola bilər. Bu tədqiqat gələcəkdə autizm üzrə müxtəlif tədqiqat istiqamətləri arasında əlaqənin qurulması üçün zəmin yaradır. Bağırsaq və beyin arasında mürəkkəb əlaqəni araşdırmaq üçün kompüter texnologiyaları və biologiyanin birləşdirilməsi zərurəti aydın görünür. Yeni tədqiqatlar genetik quruluşum qədər bağırsaq mikrobiomunun da bizə təsir göstərdiyi faktını aşkarlaya bilər